DOLAR
EURO
STERLIN
FRANG
ALTIN
BITCOIN

KEÇMİŞDƏN BU GÜNƏ, BU GÜNDƏN GƏLƏCƏYƏ UZANAN YOLLAR…

Yayınlanma Tarihi : Google News
KEÇMİŞDƏN BU GÜNƏ, BU GÜNDƏN GƏLƏCƏYƏ UZANAN YOLLAR…
0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  İdarə Heyətinin sədri Saleh Məmmədov bu dəfə isə Prezident İlham Əliyevə məhz ad günündə  Bərdə-Ağdam avtomobil yolunun açılışından məruzə etdi…

 Dünən Azərbaycan Prezidenti Əliyevin ad günü idi. Dövlət başqçısını bu əlamətdar gün münasibəti ilə dünyanın Azərbaycana dost olan çoxsaylı ölkələrinin başçıları təbrik etdilər, bu təbriklər bu gün də davam edir. Türkiyə Prezidenti R.T.Ərdoğanın, Rusiya Prezidenti Vladimir Putinin, Belorus prezidenti Aleksandr Lukaşenkonun, eləcə də Misirin, Özbəkistanın, Qazaxıstanın, İsveçrənin, Gürcüstanın, Qırğızıstanın… dövlət başçılarının səmimi təbrikləri ürəkaçandır. Lakin bu təbriklər fonunda bir vacib məqam diqqətimizi çəkməyə bilməzdi: Prezident İlham Əliyevin bu dəfə də xalqına nə qədər yaxın olduğunun inkarolunmaz sübutu bu oldu ki, dövlət başçısı olaraq əvvəlki illərdə olduğu kimi, bu dəfə də ad gününü işğaldan azad olunmuş torpaqlarımızda-  Ağdamda qarşıladı. Bu qarşılanma isə İlham Əliyevə bütün təbriklərin bəlkə də ən üstünü, ən yaddaqalanı və qiymətlisi idi. Çünki 30 il işğal altında qalmış Ağdamın bağlı yolları açıldı: Bərdə-Ağdam yolu istifadəyə verildi, Ağdamın ermənilər tərəfindən viran qoyulmuş bir neçə kəndinin təməli qoyuldu…

saleh-ilham-2

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  İdarə Heyətinin sədri Saleh Məmmədovun Prezidentə Bərdə-Ağdam avtomobil yolunun açılış məruzəsi Ali Baş Komandana ad günü  hədiyyəsi idi… Çünki bu yurd azadlığının, çəkilən yolların, qurulan Ağdamın… memarı elə Prezident İlham Əliyevin özüdür!

…Prezident İlham Əliyev dekabrın 24-də bu ilki ad gününü Ağdamda qarşıladı… Prezidenti isə Bərdə-Ağdam avtomobil yolunun açılışı məruzəsi və müjdəsi ilə Ağdamda Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov qarşıladı. Bu açılış məruzəsi Azərbaycan tarixinin ən önəmli məqamlarından birinin ifadəsi idi. Çünki bu yol 30 ildən çox idi ki, Ermənistanın işğalçılıq siyasəti səbəbindən bağlı idi, indi açılışı edildi. Ən maraqlı məqam:  bu yol ermənilərin keçilməz, aşılmaz saydıqları «Ohanyan səddi»ni yarıb keçən bir tarixi yol kimi həmişə yaddaşlarda qalacaq.

***

Xatırladım ki, bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən ən mühümlərindən biridir. Yolun təməli isə hələ 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu.

saleh-aqdam-1

Bu dəfə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun təyinat trayektoriyası barədə ətraflı məlumat verdi… Belə ki, başlanğıcını Bərdədən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib. Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib. Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi həm də Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

***

Prezident İlham Əliyev elə həmin gün- ad günündə Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə də tanış oldu. Yenə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə geniş məlumat verdi.

RƏSMİ ARAYIŞ: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

***

S.Məmmədov təqdimat məruzəsində bildirib ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq…

Tarixin yazısı və tarixdə yazılanlar…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Qarabağ İqtisadi rayonunda təkcə yol çəkmir, həm də tarix yazırlar. Bu tarix keçmişdən bu günə, bu gündən gələcəyə hesablanıb. Son bir neçə ildə, özü də 30 illik dağıntı və viranəlik üzərindən bu qısa vaxt ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun şəxsən rəhbərliyi altında mühüm və strateji işlər həyata vəsiqə alıb. Bunlar perspektivli hədəflərin təməlidir. Məsələn, AAYDA-nın rəsmi portalında da qeyd olunduğu kimi, bu qısa zaman içində Bakıdan Zəngəzura doğru uzanan 158 km yol, 22 tunel, 23 körpü tikilib. Eləcə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində uzunluğu 480 və 947,90 metr olan iki tunel də tikilməkdədir və Murovdağ ərazisində daha 4 tunel qazılmaqda və işlənməkdədir. Təsəvvür edirsinizmi, bu qısa vaxt ərzində Kəlbəcərdən Laçına 17 tunel, 23 körpü tikilib…

 Daha bir fakt: hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivinin gərgin əməyinin məhsulu və məsuliyyəti həm də Qarabağ və Şərqi Zəngəzur bölgəsində uzunluğu 2361,1 km olan 21 istiqamətdə avtomobil yolunun tikintisində və qurulmasında ifadə olunmaqdadır… Bunlar qürurvericidir…

Saleh Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti barədə indi həm də beynəlxalq səviyyədə hesabat verir…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi üçün bu ilin yaddaqalanlığı həm də ondadır ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən Beynəlxalq Yol Federasiyasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanı təmsil edib. AAYDA-nın yaydığı rəsmi məlumatda da beləcə yazılır: «…50-dən çox ölkədən 1000 nəfərlik nümayəndə heyətinin iştirakçı olduğu bu mötəbər tədbirdə Beynəlxalq Yol Federasiyasının bu günə qədər əldə etdiyi nailiyyətlər haqqında danışılıb. Eyni zamanda dünyanın sahə üzrə aparıcı mütəxəssislərinin və yenilikçi şəxslərin çıxışları dinlənilib. Tədbirdə sənaye ekspertləri və yol nəqliyyatı sektorunun peşəkarları arasında məhsuldar dialoqlar, təcrübə-bilik mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri barədə danışılıb və yol sektorunun ilə bağlı bir sıra məsələlərə toxunulub.

saleh-mem-abs-2

Tədbir çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey ilə görüşüb…». Və bu görüş zamanı Saleh Məmmədov Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, Agentlik tərəfindən icrası həyata keçirilmiş və davam etdirilən mühüm layihələr barədə geniş məlumat verib. Sədr qeyd edib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Sitat: «…Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyəti baxımından dünya ölkələri arasında yuxarı pillələrdə qərarlaşmasını yüksək qiymətləndirib»Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 saleh-mem-3

 Onu da deyək ki, bu tədbir çərçivəsində Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisi də keçirilib. Konfransın məqsədi sahə üzrə qlobal təcrübələri bölüşmək, yenilikləri araşdırmaq və maraqlı tərəfləri bir araya gətirərək bir platforma təqdim etmək olmuşdur və konfransda təqdim olunan fikirlərin sektorun mümkün inkişafı üçün vacib bir təməl olacağı əsas hədəflər sırasındadır. Sahə üzrə əməkdaşlıq üçün ideal platforma hesab olunan və dünyanın hər yerindən yol ekspertləri, sənaye liderləri və maraqlı tərəflərin iştirak etdiyi tədbirdə yol təhlükəsizliyi, əlaqəli mobillik, kənd yolları, rəqəmsallaşdırma, inklüzivlik, yeni texnologiyalar, enerji və resurs səmərəliliyi, işçi qüvvəsi və s. mövzularda da müzakirələr aparılıb….

***

…Yol həyatdır! Yol bu gün Qarabağ üçün həm də keçmişin bu günə, bu günün isə gələcəyə daşınan tarix və məsuliyyət yükü deməkdir! Ən böyük yükümüz isə Azərbaycan bayrağını həm də dünyanın ən mötəbər tədbirlərində dalğalandırmağımız, bundan qürur duymağımızdır… Necə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi uğurla bu məsuliyyət yükünü yenə də tikilib qurulan yollarımızla gələcəyə daşıyır…

Asif MƏRZİLİ

saleh-mem-abs

 

YORUM YAP

Asif Memmedli TÜM YAZILARI

DÖVİZ KURLARI

  • Dolar DOLAR
    ALIŞ SATIŞ FARK
  • Euro EURO
    ALIŞ SATIŞ FARK
  • Sterlin İNG. STERLİNİ
    ALIŞ SATIŞ FARK
  • Frang İSV. FRANGI
    ALIŞ SATIŞ FARK
  • Kanada Doları KAN. DOLARI
    ALIŞ SATIŞ FARK
  • Çeyrek Altın ÇEYREK ALTIN
    ALIŞ SATIŞ FARK
  • Gram Altın GRAM ALTIN
    ALIŞ SATIŞ FARK
  • Bitcoin BITCOIN
    FİYAT DEĞİŞİM

DÖVİZ ÇEVİRİCİ

  • Satış
    Alış